Birinci Qarabağ müharibəsinin şəhidi İlqar Həsənovun xatirəsi yad olundu.

4b sinfi adını daşıdığı, 27 fevralda doğum günü olan birinci Qarabağ müharibəsinin şəhidi İlqar Həsənovun əziz xatirəsinə həsr olunmuş tədbir keçirtdi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və torpaqlarımız uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Şagirdlər vətənpərvərliyə həsr olunmuş mahnılar oxuyub, şeirlər səsləndirdilər. Tədbirdəməktəb kollektivi, şəhidimizin komandiri, döyüş yoldaşları, ailə üzvləri ilə yanaşı həm də birinci və ikinci Qarabağ müharibəsində şəhid olanların ailə üzvləri və qazilər iştirak edirdi. 30 ildən sonra işğal altında olan torpaqlarımızın azadlığına nail olaraq xalqımız mübarizə əzminin qırılmadığını nümayiş etdirdi. Ölkə prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin uğurlu siyasəti və müzəffər ordumuzun əzmi sayəsində 44 günlük Vətən Müharibəsi Azərbaycanın tam qələbəsi ilə başa çatdı. Həmçinin, çıxışlarda 44 günlük Vətən müharibəsi nəticəsində qazanılan zəfərlə şəhidlərimizin qisasının alındığı xüsusilə diqqətə çatdırılıb. Sonda xatirə şəkli çəkildi.