Xocalı faciəsinin 33-cü ildönümü münasibətilə xüsusi dərs keçirildi.

26 fevral 1992-ci ildə törədilmiş Xocalı faciəsinin 33-cü ildönümü münasibətilə məktəbin tarix müəllimi Qurbanova Jalə və təsviri incəsənət müəllimi Novruzova Qızxanım xüsusi dərs keçirdilər. Dərs zamanı Xocalı faciəsi haqqında məlumat verildi, xocalı hadisəsinə aid rəsmlər çəkildi, faciəyə həsr olunmuş videoçarx və film nümayiş olundu. Məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Cavanşir Əliyev çıxış edərək, tariximizin qan yaddaşı olan Xocalı faciəsinin xalqımıza yaşatdığı acı nəticələrindən danışdı.