"Əruzun sehrində" adlı tədbir keçirildi.

19 fevral tarixində məktəbin Azərbaycan dili müəllimi Zeynalova Aytac 21 fevral Beynəlxalq Ana dili ilə əlaqədar "Əruzun sehrində" adlı tədbir keçirdi. Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi və torpaqlarımız uğrunda həlak olan şəhidlərimizin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad olunması ilə başladı. Aparıcılar "Əruz vəzni" haqqında geniş məlumat verdilər. Tədbirdə məktəb rəhbərliyi, kollektiv və şagirdlər iştirak edirdi Tədbirdə şagirdlər bir birindən maraqlı çıxışlarla iştirak etdilər. Şagirdlərin ifasında M.Füzulinin "Söz", "Məni candan usandırdı" qəzəli, M.P.Vaqifin "Bax" qəzəli, Nəsiminin "Etməgil", M.Ə.Sabirin "Neylərdim ilahi", "Bəhri-təvil" satiraları təqdim olundu. Sonda məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Ə.Cavanşir çıxış edərək şagirdlərə təşəkkürünü bildirdi.