Beynəlxalq kitab bağışlama günü qeyd olundu.

14 fevral Beynəlxalq kitab bağışlama günü münasibəti ilə məktəbimizdə şair ve yazıçılarla - Azərbaycan pedaqoqu və şairi İbrahim Yusifoğlu, Azərbaycan yazıçılar birliyinin üzvü Abil İslam, məktəbimizin məzunu Yegzar Cəfərli ilə görüş keçirildi. Görüşdə qonaqlar arasinda şəhid anaları və məktəbimizin nümayəndəsi təsərrüfat işləri üzrə direktor müavini, həmdə şairə Ülviyyə Məhəmməddə iştirak edirdi.Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad olunması ilə başladı. Şagirdlərimizin təqdimatında bir birindən maraqlı şeir kompozisiyaları təqdim olundu. Daha sonra söz şairlərə verildi. Onlar da təşəkkür edərək yaradıcılıqlarından şeirlər səsləndirdilər.