"Nəriman Nərimanovun ev muzeyinə ekskursiya edilib."

10 fevral tarixində məktəbin musiqi müəllimi Nuriyeva Çiçək və təsviri incəsənət müəllimi Novruzova Qızxanımın müşaiyəti ilə bir qrup şagird heyəti məktəbimizin adını daşıyan Nəriman Nərimanovun Ev Muzeyinə ekskursiya ediblər. Şagirdlərimizi ekspozisiya zalları ilə kiçik elmi işçi Günel Mahmudova tanış etdi. Ekskursiya zamanı zəngin məlumat alan şagirdlərimiz razılıqlarını bildirdilər. Şagirdlərimiz muzeydən xoş təəssüratla ayrıldılar.