"20 Yanvar şəhidləri yad olundu."

20 Yanvar xalqımızın tarixində təkcə faciə deyil, həmdə istiqlal mücadiləsinin qələbəsi, xalqın azadlıq səsini ucaltdığı öz suverenliyi uğrunda cəsarət nümayiş etdiyi şərəfli bir tarixdir. Hər il 20 Yanvar faciəsi ərəfəsində məktəbimizin şagirdləri musiqi müəllimi Nuriyeva Çiçəyin və Təsviri incəsənət müəllimi Novruzova Qızxanımın müşaiyəti ilə şəhidlər xiyabanına yürüş aksiyası keçirirlər. Şəhidlərin məzarı ziyarət olunur, məzarlara tər qərənfillər düzülür, ruhlarına dualar oxunur. Bakının ən yüksək zirvəsində salınmış şəhidlər xiyabanı əsirlər keçsədə xalqımızın əbədi ziyarətgahı olacaq. Burada alovlanan əbədi məşəl heç vaxt sönməyəcək. Çünki bu məşəl öz odunu səhidlərimizin vətənə olan sevgisindən götürür .

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi