"BSQ-lərin keçirilməsinə start verildi."

15 yanvar 2025-ci il tarixində məktəbimizdə 2024-2025-ci tədris ilinin I yarımilinin Böyük Summativ Qiymətləndirilməsinin keçirilməsinə start verilib. BSQ məktəbin fənn müəllimləri tərəfindən I yarimilin tədris materialları əsasında təlimata uyğun hazırlanıb, fənn metodbirləşmə iclaslarında müzakirə olunaraq məktəb rəhbərliyi tərəfindən təsdiq olunub. Xüsusi Nəzarət komissiyası tərəfindən təşkil edilir.
Qeyd edək ki, məktəbin maddi-texniki bazasının imkanları nəzərə alınaraq V-VI siniflərdə Azərbaycan dili, Riyaziyyat və İngilis dili fənləri üzrə BSQ-lər Microsoft Teams platforması üzərindən təşkil ediləcək. 
Yoxlama komissiyası tərəfindən nəticələr təsdiqlənməklə fənn müəllimlərinə təhvil veriləcək. Sonda nəticələr pedaqoji şura iclasında müzakirə olunaraq təhlil ediləcək.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi