"Məktəbdə şagirdlərin ədəb və davranış qaydaları" mövzusu çərçivəsində debat keçirildi.

14 yanvar tarixində məktəbimizin VI sinif şagirdləri  ilə "Məktəbdə şagirdlərin ədəb və davranış qaydaları" mövzusu çərçivəsində debat keçirildi. İlk olaraq məktəbin direktoru S. Əliyeva şagirdlərə ədəb qaydaları haqqında  danışdı.Daha sonra isə  məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı C. Əliyev Cavanşir müəllim məktəbdə nizam - intizam qaydalarından söhbət açdı.Bu istiqamətdə müşahidə etdiyi müsbət halları  qeyd etdi. Nöqsanlar və neqativ hallar barəsində məlumat verdi və bu  halların təkrarlanmaması üçün şagirdlərlə birgə araşdırma apardı.Tədbirdə  məktəbin ibtidai sinif müəllimi V. Əmirova da şagirdlərin  qarşısında çıxış etdi. Cəmiyyətə özünü düzgün təqdim etməyin və özünüifadənin vacib bir şərt  olduğunu vurğuladı.Bu istiqamətdə özünütənqidin - şəxsiyyətin inkişafına təkan verdiyini izah etdi.Qeyd etdi ki,hər kəs öz səhvini anlayıb islah etsə müsbət nəticə əldə etmiş olacağıq.Tədbirin sonunda şagirdlərlə refleksiya keçirildi.Onların gəldikləri yekun nəticələr, qərarlar və qənaətlər açıqlandı.Şagirdlər gələcəkdə bu fəaliyyət istiqamətində effektiv  nəticə əldə etmək üçün nələrə diqqət yetirməli olduqlarını qeyd etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi