"Köhnə Yeni İl" qeyd olundu.

13 yanvar tarixində məktəbin fransız, ingilis və rus dili müəllimlərinin təşkilatçılığı ilə "Köhnə Yeni İl" qeyd olundu. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, şəhidlərin və təyyarə qəzasında dünyasını dəyişənlərin ruhlarının bir dəqiqəlik sükutla yad olunması ilə başladı. Aparıcılar Azərbaycan və İngilis dilində "Köhnə Yeni İl" haqqında ətraflı məlumat verdilər. Daha sonra videoçarx nümayiş olundu. Tədbirdə şagirdlər bir-birindən maraqlı çıxışlar etdilər. Belə ki, şagirdlərin ifasında ingilis , rus, fransız dilində səhnəciklər nümayiş olundu, mahnılar ifa olundu.  Sonda məktəbin direktoru Əliyeva S. çıxış edərək  şagirdlərə və müəllimlərə təşəkkürünü bildirdi, xatirə şəkli çəkildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi