"Kim daha zəkalıdır" adlı məntiq yarışması keçirildi.

10 yanvar tarixində məktəbimizdə 1 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə 4-cü siniflər arasında "Kim daha zəkalıdır" adlı məntiq yarışması keçirildi. Yarışda "Intellekt", "Zəka", "Zirvə" və "Uğur" adlı 4 komanda iştirak edirdi. Yarışın münsiflər heyəti məktəbin direktoru Ə.Sədaqət, təlim-tərbiye işləri üzrə direktor müavini H.Elçin, Məmmədova Azadə müəllimə, 1 nömrəli UGİM-in "Elm və texnologiya" şöbəsinin metodistləri Fəridə xanım və Sevda xanım münsiflər heyəti idilər. Yarışma bədii və yarış hissəsindən ibarət idi. Yarışın qalibi " Zirvə" komandası oldu.Qalib komanda diplom və hədiyyələrlə təltif olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi