"Fərqlənən şagirdlərlə görüş keçirildi"

27dekabr tarixində məktəb rəhbərliyi bir sıra şagirdlərlə akt zalında görüş keçirdi. Görüş zamanı "Riyazi və məntiqi" adlı yarışda 3cu yerlə təltif olunan "Qartal" komandasının üzvləri xüsusi təbrik olundu. Daha sonra Respublika səviyyəli idman yarışlarında yer tutduqlarına görə 7D sinif şagirdi Əliyev Fərid (II yer,) 11C sinif şagirdi Teymurlu Kənan (III yer), 9Ə sinif şagirdi Əhmədova Aynurə (I yer) təbrik olundular. Görüşün keçirilməsinin əsas məqsədi şagirdləri təbrik etmək, gələcək həyatlarında daha böyük uğurlar əldə etməsi üçün həvəsləndirməkdən ibarət idi.