"Fiziki tərbiyə və İnformatika fənlərinin orta məktəb tədrisində inteqrasiyası" adlı müsabiqə keçirildi.

27dekabr tarixində məktəbin informatika müəllimi Nəsirov N., fiziki tərbiyə müəllimləri Şükürov A. və Həmidov V. təşkilatçılığı ilə "Fiziki tərbiyə və İnformatika fənlərinin orta məktəb tədrisində inteqrasiyasi" adlı kahoot platformasında X siniflər arasında müsabiqə keçirildi. Yarışın keçirilməsinin əsas məqsədi müasir təhsildə iki fərqli fənnin birləşməsi və əhəmiyyətini, fiziki fealiyyətin texnoloji alətlərlə əlaqələndirilməsini, informasiya texnologiyalarının fiziki tərbiyə dərslərində tətbiqini, şagirdlərdə həm fiziki bacarıqların həm də texnoloji savadlılığın inkişaf etdirilməsini təmin etməkdən ibarət idi. Müsabiqənin nəticələrinə əsasən:
I yer - 10D
II yer -10C
III yer 10B
Tədbirdə məktəb rəhbərliyi , informatika və fiziki tərbiyə müəllimləri iştirak edirdi. Qaliblər sertifikatla təltif olundu.