"Bilbacar" müsabiqəsinin qalibləri mükafatlandırıldı

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən VIII, IX və X sinif şagirdləri arasında hər ay "Bilbacar" adlı müsabiqə keçirilir. Müsabiqənin keçirilməsinin məqsədi riyaziyyat, oxu və təbiət elmləri üzrə məktəbdə qazandıqları bilik və bacarıqları praktik vəziyyətlərdə tətbiq etmə qabiliyyətlərini qiymətləndirməkdən ibarətdir.
23dekabr tarixində məktəbin riyaziyyat və informatika müəllimi Muxtarova Rəqsanə və direktor Əliyeva Sədaqət tərəfindən "Bilbacar" müsabiqəsində oktyabr və noyabr ayları ərzində yüksək bal toplayan şagirdlərin mükafatlandırılması keçirildi. Ümumi 25 şagird təltif olundu. Onlardan 12 nəfər 400+, 13 nəfər 350+ bal toplamışdır. Şagirdlər sertifikat və hədiyyələrlə təltif olundular.