"Qədim türk diyarı-Naxçıvan" adlı dərs keçirildi

24.12.24 tarixində məktəbimizin tarix müəllimi Qurbanova Jalə 8a sinfi ilə "Məktəblərdə Naxçıvan ayı" layihəsi üzrə "Qədim türk diyarı-Naxçıvan" adlı dərs keçirdi. Dərs zamanı şagirdlərə Naxçıvanın qədim tarixi, etimologiyası, mədəni irsi, tarixi abidələri, geosiyasi mövqeyi və XX əsrdə Naxçıvanda baş verən siyasi hadisələr, Naxçıvan Muxtar Respublikasının yaradılması haqqında məlumat verildi və mövzuya uyğun müzakirələr aparıldı. Sonda məktəbin Təşkilati işlər üzrə direktor müavini Əliyev Cavanşir çıxış edərək, Naxçıvan Muxtar Respublikası haqqında əlavə məlumat verdi.