"Şəhid ailələri daim diqqət mərkəzindədir."

20dekabr tarixində Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi İctimai Birliyinin, Telan tədris mərkəzinin təşkilatçılığı ilə məktəbimizdə tədbir keçirildi . Tədbirdə Şəhid ailələri, Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri Rövşən Ağamalıyev , İctimai birliyin Nəzarət Təftiş Komissiyasının sədri Niyaməddin İbrahimov, Təşkilatı işlər üzrə  koordinator Leyla Orucova, Şəhid övladı və ictimai birliyin üzvü Eldarova Aytəkin Seyfəddin qızı iştirak edirdi. Tədbirin məqsədi şəhid ailələrinin problemləri ilə daha yaxından tanış olmaq, onların hüquqlarını müdafiə etmək, maddi və mənəvi yardımlar göstərməkdən ibarət idi. Hər bir şəhid ailəsinin cəmiyyətdə hörmət və sevgi ilə əhatə olunmasını təmin etmək və onların ehtiyaclarını ən yüksək səviyyədə qarşılamaq üçün çalışmaq hər birimizin borcudur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi