"KSQ səhvləri üzərində iş" adlı dərs keçirildi

2B sinfi ilə "KSQ səhvləri üzərində iş" adlı dərs keçirildi. Dərsin məqsədi KSQ-də "Vurma və bölmə" mövzusu üzrə səhvlər üzərində iş apararaq təkrarlamaqdan ibarət idi. Dərs prosesində şagirdlər hasil və qisməti təkrar toplama və çıxmanın köməyi ilə tapmağı bir daha təkrarladılar, vurma və bölməyə aid ən sadə tətbiqi məsələlər həll etdilər. Dərsin sonunda şagirdlər vurma və bölməni müxtəlif yollarla modelləşdirməyi, məsələyə uyğun riyazi ifadə və riyazi ifadəyə uyğun məsələ qurmağı öyrəndilər.