"Yol hərəkəti qaydaları" mövzusunda dərs keçirildi.

19.12.2024 tarixində məktəbin 4C sinfində "Yol hərəkəti qaydaları" mövzusunda tədbir keçirildi. Tədbirdə məktəbin direktoru Əliyeva S., təlim-tərbiyə işləri üzrə direktor müavini Hüseynov E., təşkilatçı Əliyev C. və bir neçə müəllim iştirak edirdi. Tədbirin təşkilatçısı 4c sinif rəhbəri Vəliyeva Mətanət müəllim idi. Tədbirdə "Azərbaycan polisi ", "Yol nişanları " mahnıları, "İşıqfor və rəngləri ", "Yol nişanları və mənaları ", "Yaşlı kişi və məktəbli oğlanın söhbəti" adlı səhnəciklər nümayiş olundu. Tədbirin əsas məqsədi yol hərəkəti qaydalarının önəmliliyini şagirdlərə çatdırmaq idi. Tədbirdə çıxış edən məktəbin direktoru Əliyeva S. maraqlı çıxışlara görə şagirdlərə və sinif rəhbəri Mətanət müəlliməyə təşkilatçılığına görə təşəkkürünü bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi