"Anım günü ilə əlaqədar konfrans keçirildi."

Ümumilli lider Heydər Əliyevin Anım günü ilə əlaqədar 179 nömrəli məktəbin müəllim və şagird heyəti onlayn konfrans keçirildi.Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsilə başladı.Bir dəqiqəlik sükutla Ulu Öndərin xatirəsi anıldı. Daha sonra Ulu Öndərin həyat-yaradıcılığina aid videoçarx nümayiş olundu.Konfransda çıxış edən müəllim və şagirdlər Dahi Liderin həyata keçirdiyi layihlərdən, təhsil, səhiyyə, incəsənətimizə verdiyi töhfələrdən danışdılar.Konfransda hər iki məktəbin rəhbərliyi, tarix müəllimləri və şagirdlər iştirak edirdi.Sonda çıxış edən hər iki məktəbin rəhbəri bu günün xalqımız üçün önəmindən danışdılar və öz təşəkkürlərini bildirdilər.