Abdulla Şaiqin "Köç" hekayəsinin müzakirəsi ilə bağlı tədbir.

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi şair Abdulla Şaiq həmdə maraqlı hekayələri ilə ədəbiyyatımızda silinməz iz qoymuşdur. Müəllifi olduğu “Köç” hekayəsinin müzakirəsini 6c sinfi ilə keçirdik. Müzakirə məktəbin Azərbaycan dili müəllimi Aytac Zeynalovanın təşkilatçılığı altında baş tutdu. Tədbirdə məktəbin kitabxana müdiri Quliyeva Yaxşıxanım, sinifdənxaric və məktəbdənkənar tərbiyə işi üzrə təşkilatçı Əliyev Cavanşir, uşaq birliyi rəhbəri Əliyeva Gülər və Azərbaycan dili və ədəbiyyat müəllimi Əliyeva Gülşən iştirak edirdi.
Müzakirə Zeynalova Aytacın açılış nitqi ilə başladı. O, şairin həyat və yaradıcılığı haqqında geniş məlumat verdi. Daha sonra şagirdlər “Köç” hekayəsinin hissələri haqda təəssüratlarını bölüşdülər. Əsərin hər bir hissəsi diqqətlə təhlil edildi. Şairin təbiətə olan duyğusal yanaşması müzakirə edildi.
Tədbirin məqsədi Abdulla Şaiqin yaradıcılığının gənc nəslə daha yaxından tanıtmaq və poeziyasını yaşatmaqdan ibarətdir. Abdulla Şaiq yaradıcılığının gələcək nəsillərə çatdırılmasında bu cür təşəbbüslərin böyük rolu var.