"Nəbi Xəzrinin 100 illiyi ilə bağlı tədbir."

     Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair Nəbi Xəzrinin 100 illik yubileyi münasibətilə məktəbimizdə xüsusi tədbir keçirildi. Tədbir 9a sinif şagirdlərinin iştirakı ilə Cəvahir Rəsulzadənin təşkilatçılığı altında baş tutdu. Bu əlamətdar günə həsr olunan tədbirdə məktəb kitabxanasının müdiri Quliyeva Yaxşıxanım, sinifdənkənar və məktəbdənxaric tərbiyə işi üzrə təşkilatçı Əliyev Cavanşir, uşaq birliyi rəhbəri Əliyeva Gülər və Azərbaycan dili və ədəbiyyat müəllimi Bağırova Günel iştirak edirdi.

     Tədbir Cəvahir müəllimin açılış nitqi ilə başladı. O şairin həyat və yaradıcılığı haqqında geniş məlumat verərək Nəbi Xəzrinin Azərbaycan ədəbiyyatındakı əhəmiyyətini vurğuladı. Daha sonra şagirdlər şairin seçilmiş şeirlərini səsləndirdilər. Hər bir şeir diqqətlə təhlil edildi, şairin əsərlərindəki Vətən sevgisi, təbiətə olan duyğusal yanaşma müzakirə edildi.

    Tədbirin məqsədi Nəbi Xəzrinin yaradıcılığının gənc nəslə daha yaxından tanıdılması və onun poeziyasını yaşatmaq idi. Şagirdlərin fəal iştirakı tədbiri daha mənalı etdi. Nəbi Xəzri yaradıcılığının gələcək nəsillərə çatdırılmasında bu cür təşəbbüslərin böyük rolu var.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi