"Valideynlərlə maarifləndirici görüş keçirildi."

23 noyabr tarixində 7, 8, 9-cu sinif valideynləri ilə maarifləndirici görüş keçirildi. Görüşdə məktəb rəhbərliyi, psixoloq iştirak edirdi. Görüşün keçirilməsində əsas məqsəd valideynləri maarifləndirmək, onları müəllimlərlə əməkdaşlığa cəlb etmək,  məktəbin  sosial işlərində daha fəal iştirak etməyə dəvət etməkdir. Müəllim-şagird-valideyn üçbucağının nə qədər önəmli olduğu valideynlərin nəzərinə çatdırıldı. Tədbirdə 5-ci və 6-cı siniflər gələn qonaqları çîxışları ilə rövnəqləndirdilər.Sonda çıxış edən məktəbin direktoru Əliyeva Sədaqət tədbirdə iştirak edən qonaqlara, valideynlərə və tədbirin təşkilatçıları - məktəbin musiqi müəllimi Nuriyeva Çiçək və təsviri incəsənət müəllimi Novruzova Qızxanım müəllimə öz  təşəkkürünü bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi