"4ə sinfi kitabxanada"

30.10.2024-cü il tarixində "4ə" sinfi "Kitabxanada bir gün" layihəsində iştirak etdi. İlk öncə şagirdlərə dinləyib-anlama bacarıqları haqqında qısa məlumat verildi. Dinləyib-anlamanın nə qədər vacib olduğu haqqında xatırlatma edilib, daha sonra "Nağıllar aləminə səyahət" rubrikasında "Qaraca qız" filmini izlədilər.  Film xüsusən dostluq haqqında olduğu üçün şagirdlərin diqqətini cəlb etdi. Şagirdlər filmi diqqətlə izlədilər. Hətta izləyərkən öz hiss-həyacanlarını, emosiyalarını gizlədə bilmirdilər. Film bitdikdən sonra fikir mübadiləsi aparıldı. Sinif rəhbəri Yəhyayeva Əfsanə şagirdlərə filmlə bağlı suallar verdi. İlk öncə filmin ideyası şagirdlər tərəfindən söylənildi. Filmə aid atalar sözləri deyildi. Filmdəki obrazların adları çəkildi. Dostlar arasında möhkəmlikdən, fədakarlıqdan danışıldı. Qaraca qızın etdiyi fədakarlıq bir daha sübut etdi ki, "Dost dar gündə tanınar". Edilən fikir mübadiləsindən aydın oldu ki, şagirdlər filmi diqqətlə və maraqla izləyiblər, mövzunu anlayıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi