"VI siniflərdə monitorinq keçirildi."

30 oktyabr tarixində məktəbimizin təlim-tərbiyə işləri üzrə direktor müavini Hüseynov Elçin VI siniflərdə məktəbdaxili monitorinq keçirdi. Monitorinq Azərbaycan dili və Riyaziyyat fənlərindən, hər fənn üzrə 20 sual olmaqla keçirilmişdir. Monitorinqin keçirilməsinin əsas məqsədi şagirdlərin bilik və bacarıqlarının hansı səviyyədə formalaşdığını müəyyən etmək, onların gələcək inkişafına dəstək olmaqdan ibarətdir.