"Kitabxanada bir gün" layihəsi davam etdirilir.

29.10.2024-cü il tarixində 4ç sinif şagirdləri ilə "Kitabxanada bir gün" adlı tədbir keçirildi. Əvvəlcə şagirdlərlə kitabxanaçılarımız Quliyeva Y. və Muxtarzadə M. oxuyub-anlama təfəkkürünün inkişafı haqqında danışdılar. Sonra isə şagirdlər "Şərikli çörək" filmini izlədilər.
Sonda məktəbimizin direktoru Əliyeva Sədaqət, sinif rəhbəri Əliyeva Fidan, UBR sədri Əliyeva Gülərin iştirakı ilə fikirlər müzakirə olundu. Filmin mənfi-müsbət tərəfləri, filmdəki məqsəd,dostluq, yoldaşlıq, bəzi hallarda uşaq hüququnun pozulub işə cəlb edilməsi, zəhmətkeş olmaq, pis vərdişlərdən uzaq olmaq kimi fikirlər müzakirə edildi.