4 b sinfi "Kitabxanada bir gün" layihəsində iştirak etdi

25.10.2024-cü il tarixində 4 b sinfi "Kitabxanada bir gün" layihəsində iştirak etdi. Əvvəlcə uşaqlarda oxuyub-anlama bacarığını yoxladılar. Bir mətni oxuyub, sonra mətnin məzmunu ilə elaqəli uşaqlar sorğu-sual olundu, oxuyub-anlama bacarığının inkişaf etdirilməsi üçün müəyyən tövsiyələr verildi.
"Nağıllar aləminə səyahət" rubrikasında uşaqlar Sehirli xalat filmini izlədiler. Sonra filmlə bağlı fikir mübadiləsi aparildi, filmin mövzusu barədə uşaqlar dərk etdiklərini söylədi.Sinif rəhbərləri Məmmədli Aynurə müəllimə filmdəki müsbət və mənfi obrazlara dair suallarla uşaqların fikrini öyrəndi. Filmdəki hadisələrin real ve ya təxəyyül məhsulu olduğunu filmdən nümunələr götürərək cavablandırdılar. Verilən cavablardan bəlli oldu ki, məqsədi anlayıb, mövzunu mənimsəyiblər.