"Reproduktiv sağlamlıqla bağlı məşğələ keçirildi."

25 oktyabr 2024-cü il tarixində məktəbin Biologiya müəllimi Salayeva Bahar tərəfindən Reproduktiv sağlamlıq istiqamətində VIII sinif şagirdləri ilə “Mən və mənim əhatəm” adlı dərs keçirilib. Məşğələnin keçirilməsində məqsəd şagirdlərə yoldaşları ilə doğru münasibət qurmaq, dost anlayışını dərk etmək, özünü və əhatəsini tanımaq kimi vacib nüanslarda yol göstərmək, bu istiqamətdə onlara müəyyən məqamları izah etmək və bu məsələləri birgə müzakirə etmək kimi mərhələləri əhatə etməkdən ibarət olub. Şagirdlər aktiv iştirak edərək öz fikirlərini bölüşüblər. Müzakirə əsasında suallar verilib.