"II Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş xüsusi dərs" keçirilib.

27 sentyabr "Anım Günü" və 8 noyabr "Zəfər Günü" ilə bağlı tədbirlər planının təsdiq edilməsi barədə 07.09.2021-ci il tarixli F-429 nömrəli əmrini rəhbər tutaraq məktəbin tarix müəllimi Qurbanova Jalə 9e sinif şagirdləri ilə "II Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş xüsusi dərs" keçirilib. 44 günlük müharibə qəhrəmanlarının xatirələri anıldı, şücaətlərindən danışıldı, həmçinin müharibədən bəhs edən müxtəlif videoçarx və görüntü nümayiş olundu. Dərsin sonunda təşkilati işlər üzrə direktor müavini Cavanşir Əliyev mövzuyla bağlı çıxış etdi.