"Şagirdlərimiz X Bakı Beynəlxalq Kitab Sərgisində"

Şagirdlərimiz X Bakı Beynəlxalq Kitab Sərgisində iştirak ediblər.
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə oktyabrın 2-dən 8-dək Bakı Ekspo Mərkəzində X Beynəlxalq Kitab Sərgisi keçirilir. Builki yubiley sərgisi dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 illiyinə həsr edilib. Sərgidə 4 qitəni təmsil edən 18 ölkədən 56 xarici təşkilat,110 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə iştirak edəcək. 7 gün ərzində keçirilən kitab bayramında şagirdlərimiz də iştirak edib.