"Şəhid ailələri ziyarət olunub."

Bir qrup müəllim və şagird heyəti tərəfindən şəhidlərimiz Novruzov Rəşad, Xəlilov Ayaz,İbrahimov Müşfiqin ailələri ziyarət olunub. Ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimiz kollektivimiz tərəfindən hər zaman ehtiramla yad edilir, onlarn ailələrinə diqqət və qayğı göstərilir. Sonra ailə üzvləri şəhidlərimizin keçdiyi döyüş yolundan, xatirələrindən söhbət açıblar. Vətən yolunda canından keçən şəhidlərimiz hər zaman qəlbimizdə yaşayacaq və onların qanları ilə azad etdikləri torpaqlarımızı və qələbəmizi göz bəbəyi kimi qoruyacağıq. Bir daha şəhidlərimizlə qürur duyur , onlara Allahdan rəhmət, ailələrinə səbr diləyirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi