"Bilik Günü" münasibəti ilə tədbir keçirilib.

16 sentyabr yeni tədris ilinin başlanması münasibəti ilə məktəbimizdə tədbir keçirildi. Açılış Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra məktəbin direktoru Əliyeva Sədaqət çıxış edərək şagirdləri tədris ilinin başlanması münasibəti ilə təbrik edib. Sonra şagirdlərin təqdimatında bilik günü haqqında kiçik kompozisiya təqdim olunub. Tədbirdə məktəbin şəhid məzunu Ayaz Xəlilovun anası, Maştağa bələdiyyə sədrinin müavini Qədirov Ağanəcəf iştirak edirdi. Şagirdlər musiqi sədaları altında sinif otaqlarına daxil oldular. 1-ci siniflər isə ilk dəfə siniflərə 11-ci sinif şagirdlərinin müşayiəti ilə daxil oldular.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 28.08.2024-cü il tarixli əmrinin icrasının təmin edilməsi ilə əlaqədar II-XI siniflərdə ilk dərs "Yaşıl dünya naminə həmrəylik" ili naminə mövzusuna həsr olunub.

Şagirdlərimizə yeni dərs ilində uğurlar arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi