"2023\2024-cü tədris ilinin yekun Pedaqoji Şurası keçirilib"

27 iyun 2024-cü il tarixində 2023\2024-cü tədris ilinin yekun Pedaqoji şurası keçirilib. Akt zalında keçirilən Pedaqoji şuranı məktəbin direktoru Əliyeva Sədaqət açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Pedaqoji şuranın sədri S. Əliyeva müəllimləri gündəlik məsələlərlə tanış etdi və 2023\2024-cü tədris ilinin yekunları barədə məlumat verdi. Təlim-tərbiyə işləri üzrə direktor müavinləri Hüseynov Elçin I-IV, Muxtarzadə İradə V-XI siniflərin təlim nəticələri üzrə, biliyi qiymətləndirilməyən, yay tapşırığı alan şagirdlərin təlim göstəricilərinin hesabatlarını veriblər. Məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Əliyev Cavanşir isə cari tədris ilində görülən işlər, keçirilən tədbirlər barədə hesabat verdi.

İclasın sonunda direktor S.Əliyeva tədbirlərdə, məktəbin ictimai işlərində fəallıq göstərən müəllimlərə təşəkkür edib. Eyni zamanda sertifikasiya imtahanında uğur qazanan müəllimləri təbrik edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi