"Məktəb binasının istifadəyə verilməsinin 50 illiyi və Azərbaycan Respublikasının əməkdar müəllimi fizik Qəzənfər Məmmədovun 100 illik yubileyi"

1 iyun məktəb binasının istifadəyə verilməsinin 50 illiyi və Azərbaycan Respublikasının əməkdar müəllimi fizik Qəzənfər Məmmədovun 100 illik yubileyi münasibəti ilə tədbir keçirilmişdir. Tədbirdə yerli seçki dairəsi sədri H. Babayev, məktəbin məzunu şair, drammaturq R. Abdullayev, Azərbaycan Dünyası jurnalının  təsisçisi "Dədə Qorqud" Milli Fondunun prezidenti E. İsmayıl, məktəbin məzunu kapitan pilot N. Cəfərov, vaxtilə məktəbdə çalışmış təqaüdçü müəllimlər, məktəb rəhbərləri, məktəbin ilk məzunu "İqlim Elmi-İstehsalat Müəssisəsi" MMC-nin Həmkarlar İttifaqı Komitəsinin sədri M. Kazımov başda olmaqla ilk məzunlar iştirak edirdi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Uluöndər və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan olundu. Şagirdlərimiz müəllim, məktəb illəri haqqında mahnılar, şeirlər ilə çıxış etdilər. Videoçarxlar nümayiş olundu. Məzunların məktəb illəri haqqında çıxışları tədbir iştirakçılarında nostalji hisslər oyatdı. Məktəb illəri və Qəzənfər müəllim haqqında çıxışlar məzunları kövrəltdi. 

1iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü və Yaşıl Dünya Naminə Həmrəylik ili çərçivəsində  məktəbin 3b sinif şagirdləri "Dünya Gözəldir" mahnısını ifa etdilər. Şagirdlərin ifası məzunları qayğısız uşaqlıq illərinə apardı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi