"Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub"

1 Iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə ibtidai siniflərdə tədbirlər keçirilib. Şagirdlər mahnilar ifa edərək, şeirlər söyləyərək, rəqslər edərək 1 Iyun gününü xüsusi keçiriblər.Bəzi siniflər məktəbin foyesində xüsusi çıxışlarla, bəziləri həyətdə piknik edərək günlərini fərqli qeyd ediblər.Uşaqlarımız daima sağlam, şən əhval-ruhiyyəli olsunlar.Gününüz mübarək əziz balalarımız, üzünüz daima sevincdən gülsün, gözləriniz daima sevinc göz yaşları ilə dolsun!