"28 may "Respublika günü" münasibəti ilə debat dərs keçirildi."

27.05.24 tarixində məktəbin tarix müəllimləri Cəfərov İsfəndiyar və Qurbanova Jalənin təşkilatçılığı ilə Şərqdə ilk Demokratik Cümhuriyyət olan Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyinə həsr olunmuş Debat dərs keçirildi. Debat zamanı M.Ə.Rəsulzadənin xidmətləri müzakirə olundu. Dərsdə məktəbin direktoru Əliyeva Sədaqət, məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Əliyev Cavanşir iştirak etdilər. Sonda şagirdlərə iştirak etdikləri üçün Təşəkkürnamə təqdim olundu.