"Azərbaycan mütəfəkkirlərinin əsərlərində ətraf mühitin qorunması"

17.05.2024-cü il tarixində məktəbin Azərbaycan dili-ədəbiyyat müəllimi Ə.Mehri 8b sinfi ilə "Bədii əsərlərdə ətraf mühitin qorunması ilə bağlı dəyirmi masa keçirmişdir. Müzakirədə məktəb kitabxanasının müdiri Ə.Yaxşıxanım, Məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Ə.Cavanşir, URB Ə.Gülər, Azərbaycan dili müəllimi B.Günel iştirak edirdi. Şagirdlər oxuduqları əsərlərdən nümunələr göstərərək müzakirələr aparmışlar. Elçinin "Talvar", "Zəhər" hekayələri, Nizami Gəncəvinin poemalarından, "Kitabi Dədə Qorqud" dastanından seçilmiş hissələr müzakirə olunmuşdur. Sonda şagirdlərin mövzuya uyğun hazırladıqları şəkil nümayiş olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi