"Ailəm və məktəbim" layihəsi çərçivəsində psixoloqlar ilə görüş keçirildi.

Cəmiyyətin təməlini təşkil edən və dəyərlərini yaşadan ailələr və ümumtəhsil müəssisələri arasında əməkdaşlıq təşvif etmək məqsədilə 05.05.2024-cü il tarixində məktəbimizin və valideynimiz rəhbəri olduğu "Telan təlim tədris nitq inkişaf mərkəzi"-nin təşkilatçılığı ilə psixoloqların görüşü keçirilib. Görüşdə spikerlər, P.ü.f.d. "Ortiva Psixoloji Reabilitasiya Mərkəzi"-nin təsisçisi və direktoru Ramidə Oktayqızı, təhsil eksperti, beynəlxalq dərəcəli təlimçi, mentor İlhamə Axundova, ailə, uşaq psixoloqu, APA üzvü Ülviyyə Əfəndiyeva, məktəb psixoloqu Arzu Əliyeva, "Telan təlim tədris nitq inkişaf mərkəzi"-nin baş psixoloqu Fazilə Camalova, yazıçı, psixoloq, loqoterapevt İlqar Kamil, Psixologiya Departamenti və "Ülkər psixologiya mərkəzi"-nin rəhbəri Jalə Mirsaab, praktik psixoloq , 255 nömrəli məktəbin direktoru Mətanət Məmmədova, 209 nömrəli məktəbin direktoru Səbahət Ağayeva, Sabunçu rayonuna daxil olan 11 məktəbin URB sədrləri və psixoloqları, valideynlər və müəllim kollektivi iştirak edib. Səsləndirilən fikirlər, nümayiş olunan slaydlar, edilən müzakirələr görüşün bütün tərəflər üçün səmərəli olduğunun baris nümunəsidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi