"Füzuli-Şəbi-Hicrandır" adlı tədbir keçirildi.

03.05.2024-cü il tarixində Məhəmməd Füzulinin 530 illiyi münasibəti ilə məktəbin Azərbaycan dili - ədəbiyyat müəllimi R. Cəvahir, B. Günel və N. Çiçəyin təşkilatçılığı ilə "Füzuli-Şəbi-Hicrandır" adlı tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlandı. Daha sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Aparıcılar Füzulinin həyat və yaradıcılığı haqqında məlumat verdilər. Şagirdlər tərəfindən hazırlanmış videoçarx nümayiş olundu. Şagirdlər dahi şairin "Leyli və məcnun" poemasından "Leyli və anası" səhnəsini, "Söhbətül-Əsmar" poemasından bir hissəni canlandırdılar. Şagirdlərimizin təqdimatında dahi şairin "Məni candan usandırdı", "Tutuşdu qəm oduna şad gördüyüm könlüm", "Vətənim", "Ol pərivəş kim, məlahət mülkünün sultanıdır" qəzəlləri səsləndirildi. Sonda məktəbin direktoru Ə.Sədaqət müəllimlərə və şagirdlərə öz təşəkkürünü bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi