"Oftalmoloq Zərifə Əliyevanın anım günü"

Məktəbin  Musiqi müəllimi Nuriyeva Çiçəyin təşkilatçılığı, biologiya müəllimi Salayeva Baharın   və  9-cu sinif şagirdlərinin iştirakı ilə akademik Zərifə Əliyevanın anım günü münasibətilə tədbir keçirilib. Tədbirdə  çıxış edən biologiya müəllimi Salayeva Bahar Ümummilli Lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, mehriban ana, qayğıkeş həkim, intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı,  tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq alim, akademik Zərifə Əliyevanın ölkə səhiyyəsinin inkişafında gördüyü işlərdən, eləcə də onun insani keyfiyyətlərindən  danışıb. Gənc alim və müəllimlərin, həkim oftalmoloqların yetişməsində, çoxsaylı elmi tədqiqatların, məqalə və monoqrafiyaların hazırlanmasında böyük xidmətləri olduğunu qeyd edib.  Müəllim çıxışında Zərifə xanımın  şərəfli ömür yolunun   hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbi olduğunu bildirib.Şagirdlər çıxışlarında  bildiriblər ki, Zərifə xanım, eyni zamanda yüksəkixtisaslı kadrların hazırlanmasına da böyük əmək sərf etmişdir. Görkəmli alim tələbələrinə zəngin həyat təcrübəsini öyrətmiş, onlara diqqət və qayğı ilə yanaşmışdır. Tədbir zamanı şagirdlərə Zərifə Əliyeva və ailəsinin fotoqalereyada olan müxtəlif şəkilləri nümayiş olunub və maraqla qarşılanıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi