"Bakı Şəhər Kurasiya Məktəblərinin 2023-2024-cü il yekun tədbiri keçirildi."

Bakı Şəhər Kurasiya Məktəblərinin 2023-2024-cü il yekun tədbiri keçirildi. Tədbir 3 hissədən ibarət idi. I hissədə 11 məktəbin nümayəndələri dərsdinləmələrdə oldular. Bu mərhələdə 28 nömrəli məktəbin müəllimləri ilə yanaşı, 128 nömrəli məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi Cəvahir Rəsulzadənin "Heydərbabaya salam" poemasının məzmunu üzrə iş adlı dərsi də dinlənildi.

II mərhələdə dinlənilən dərslərin müzakirəsi keçirildi. Dərsdinləmələrdə iştirak edən Bakı Şəhər Təhsil İdarəsinin Keyfiyyətə Nəzarət Sektorunun müdiri Anar Mustafazadə dinlədiyi dərslərin müzakirəsini edərkən müəllimlərə öz tövsiyyəsini verdi.

III mərhələ bədii hissədən ibarət idi. Burada 11 məktəbin yaradıcı şagird heyətinin çıxışları dinlənildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi