"Füzuli bir dühadır" adlı dəyirmi masa keçirildi.

24 aprel tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında imzaladığı sərəncama əsasən Azərbaycan dili-Ədəbiyyat müəllimi Bağırova Günel tərəfindən 8, 9-cu sinif şagirdlərinin iştirakı ilə "Füzuli bir dühadır" adlı dəyirmi masa keçirilib. Məktəbin kitabxanasında baş tutan dəyirmi masada məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Əliyev Cavanşir, Azərbaycan dili-Ədəbiyyat fənni üzrə metodbirləşmə rəhbəri Rəsulzadə Cəvahir iştirak edib. Şairin həyatı və yaradıcılığı haqqında ətraflı məlumat verilib, "Vətənimdir" qəzəli səsləndirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi