"Beynəlxalq Yer Günü" münasibəti ilə tədbir keçirildi.

Biologiya müəllimləri Elmira Fərəcova və Xanım Əliyeva, tarix müəllimi Cavanşir Əliyev  "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində  tədbir keçirmişlər. Şagirdlərə təbiətə xüsusən işğaldan azad olan torpaqlarımıza vurulmuş zərərin aradan qaldırılması üçün görülən işlərin planlı aparılması və tez zamanda bərpası üçün 2024-cü  ilin " Yaşıl dünya naminə həmrəylik ili" adlandırıldığı bildirilmişdir. Əvvəlcə təbətimiz, ona zərər vuran faktorlar və onların arada qaldırılması üçün görülən işlərə  dair videoçarx  nümayiş olundu, sonra Elmira müəllimi bu ilin adının əhəmiyyətini vurğuladı. Cavanşir müəllim tarixi ərazilərimizdə görülən yenidənqurma işləri ilə bağlı şagirdlər ilə maarifləndirici söhbət etdi. Xanım müəllimə təbiətin ziyan görmüş  ərazilərinin təmizlənməsi üçün şagirdlərin təkliflərinin müzakirəsini təşkil etdi. Şagirdlərin təklifləri isə yaradıcı əl işləri və təsvirlərdə öz əksini tapdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi