"Qohumlararası nikahın fəsadları''

Bakı şəhər 128 nömrəli tam orta məktəbin Biologiya müəllimi Salayeva Bahar IX siniflərdə 2024-cü dərs ili ərzində"Repreduktiv  saglamlığa "dair metodik vəsaitin "Qohumlararası nikahın fəsadları'' mövzusuna uygun olaraq maarifləndirici söhbət aparmışdır.Bahar müəllim mövzu haqqında ətraflı məlumat verərək qeyd etmişdir ki, yaxın qohumlar arasında (əmioğlu,dayıoğlu,bibioğlu,xalaoğlu,əmiqızı,bibiqızı,dayıqızı,xalaqızı) nikahın tarixən mühim siyasi və iqtisadi səbəbləri olmuşdur.Mütəxəssislər bildirirlər ki, əgər yad insanların evliliyi zamanı onların uşaqlarının qüsurlu olması riski 2-4 faizdirsə, qohum evliliklərində bu göstərici 4-8 faizdir.Qohum evliliklər genetik xəstəlikləri artıran önəmli faktordur.Əgər dünyada yad evliliklərdən doğulan əngəlli uşaqlar 1 faizdirsə, qohum evliliklərindən doğulan əngəlli uşaqlar 9 faizdir.Qohum evliliklərində ən çox rast gəlinən qan xəstəlikləri,göz,qulaq,əzələ - sinir, ürək- damar, şəkər xəstəlikləri,ağıldankəmlik və sairədir.Qan xəstəlikləri arasında isə talassemiya, hemofiliya və başqalarıdır...
Sonra mövzu ətrafında uşaqların sualları cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi