"Şərikli çörək" filmi nümayiş olundu.

17.04.2024-cü il tarixində 4d sinif şagirdlərinə "Şərikli çörək" filmi nümayiş etdirildi. Azərbaycan dili, ədəbiyyat müəllimimiz İsmayılova Şəbnəm müəllimə filmi izlədikdən sonra onlarla sorğu-sual edərək müzakirə apardı. Bugünkü şərait və imkanlarla müharibə dövrü müqayisə edildi. O zamankı uşaq maraqları ilə bu dövrdəki uşaqların maraqları arasında fərqlər və bu fərqlərin səbəbləri müəyyənləşdirildi. Bu film uşaqlarda çox böyük marağa səbəb oldu. Hətta bəzi uşaqlar filmi daha öncədən izlədiklərini də bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi