"Hüquqlarımızı qoruyaq"

Hər bir xalqın, dövlətin ən böyük və qiymətli sərvəti uşaqlardır. Uşağı sağlam, cəmiyyətə faydalı vətəndaş kimi böyütmək çətin və məsuliyyətlidir. Gənc nəslin vətənpərvərlik, tariximizə, milli köklərə bağlılıq, böyüklərə yüksək ehtiram və mənəvi zənginlik duyğuları ilə tərbiyə olunması, onların şəxsiyyət və vətəndaş kimi formalaşması üçün ailə də, dövlət də məsuliyyət daşıyır. Dövlət və valideynlər uşaqların hüquqlarını müdafiə etməli və onların inkişafına təkan verməlidirlər.
6 aprel məktəbimizin 2b sinfi Həyat Bilgisi fənnindən Uşaq Hüquqları mövzusunda "Hüquqlarımızı bilməli və qorumalıyıq" adlı layihə təqdim etdilər.Təqdimatda məktəb direktoru Sədaqət Əliyeva, Məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Əliyev Cavanşir  iştirak etdilər .Onlar uşaqların əl işlərini izlədilər və qiymətləndirmə etdilər .

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi