"Şən startlar " yarışı keçirilib

5mart bədən tərbiyəsi günü ilə əlaqədar olaraq 1-7mart idman həftəsi çərçivəsində 7mart 5-ci siniflər arasında şən startlar adlı yarış keçirilib.
Yarış Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra yarışa start verilib.
Yarışda məktəb rəhbərliyi, fiziki tərbiyə müəllimləri iştirak edib. Yarışı giriş sözü ilə məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı-Əliyev Cavanşir açıq elan edib. Yarışın keçirilməsində əsas məqsəd şagirdlərdə sağlam həyat tərzinə maraq oyatmaq, həmçinin bu sayədə kütləviliyin təmin edilməsindən ibarətdir olub.  Şagirdlər şən və maraqlı oyunlar üzrə yarışıblar. Yarış şagirdlərin böyük marağına səbəb olub
Yarışın nəticələrinə əsasən

I yerə - 5a sinfi

II yerə - 5ç sinfi

III yerə -5k sinfi

layiq görülərək kubok və diplomlarla təltif olunmuşlar. 5d sinfi isə yarışda fəal iştirakina görə diplomla təltif olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi