“Ana dilim millətimin varlığıdır” adlı dəyirmi masa keçirilmişdir.

      5 mart 2024-cü il tarixində Azərbaycan dili və ədəbiyyat müəllimi Balaşova Gülnarın rəhbərliyi ilə “Ana dilim millətimin varlığıdır” adlı dəyirmi masa keçirilmişdir. Tədbirdə 8d sinif şagirdləri, təlim-tərbiyə işləri üzrə direktor müavini  Muxtarzadə İradə, Məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Əliyev Cavanşir, metodbirləşmə sədri Rəsulzadə Cəvahir və kitabxana müdiri Quliyeva Yaxşıxanım iştirak etmişlər.  Şagirdlər  hazırladıqları məruzələrdə ana dilinin əhəmiyyətindən bəhs edərək bildirmişlər ki, ana dili millətin maddi və mənəvi irsini qoruyan, onu yaşadan və inkişaf etdirən ən güclü vasitədir. Millətimizin varlığını təsdiqləyən bu sərvətin  qayğısına qalmalı, onu yad ünsürlərdən qorumalıyıq.

       Daha sonra şagirdlər C.Məmmədquluzadənin “ Azərbaycan” məqaləsini səsləndirmiş və ana dili ilə bağlı şeirlər söyləmişlər.  Sonda isə iştirak edən müəllimlər qeyd etmişlər ki,  ana dilimiz milli sərvətimiz, milli kimliyimizdir. Onu qoruyub, gələcək nəsillərə ən gözəl şəkildə çatdırmaq hər birimizin mənəvi borcudur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi