"Ana dili aylığı çərçivəsində "Ana dilim, doğma dilim" adlı tədbir keçirildi"

29 fevral tarixində ana dili aylığı çərçivəsində Azərbaycan dili müəllimləri X. Esmira və Q. Hicranın rəhbərliyi ilə 6 və 8-ci siniflərin şagirdlərinin təqdimatında "Ana dilim, doğma dilim" adlı tədbir keçirildi. Böyük ədib Cəlil Məmmədquluzadənin "Anamın kitabı" əsərindən hazırlanmış bir hissə şagirdlərin ifasında təqdim olundu. Şagirdlər şah babamız Xətainin Dirili Qurbani ilə səhnələşdirilmiş söhbətini təqdim etdilər. Xətainin Ana dili haqqında fikirləri və monoloqu dinlənildi.

Molla Nəsrəddin jurnalından seçilmiş parçalar, azərbaycançılıq ideologiyasının yaradıcılarından biri C. Məmmədquluzadənin "Ana dilinin qorunması" mövzusunda yazılmış əsər və məqalələrinə bir nəzər salındı.

Şagirdlərin ifasında "Doğma dilim" və "Şirin dil" mahnıları ifa edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi