“ Heydər Əliyev və mənim gözəl paytaxtım “ layihəsinə həsr olunmuş silsilə tədbirlər.

01.12.2023-cü il tarixindən etibarən  məktəbimizdə Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə ORİQAMİ təşkilatı tərəfindən “ Heydər Əliyev və mənim gözəl paytaxtım “ layihəsi həyata keçirilir. Layihə çərçivəsində artıq dörd tədbir keçirilmişdir. Məktəbin şagirdləri ictimai lövhəyə vurulmuş Ulu Öndərin əksi olan  layihənin  və donor təşkilatın  adı olan posterlə tanış olmuşlar. Bununla yanaşı , məktəbimizdə esse yazısına həsr olunmuş hazırlıq işləri görülmüş, şagirdlərə bu barədə ev tapşırıqları verilmişdir. Məktəbimizin V, VI, VII və VIII sinif şagirdlərindən 28 şagird böyük həvəslə məzmunlu esse yazıları hazırlamış və baxış üçün layihə rəhbərinə təqdim etmişlər.

   Layihə çərçivəsində 15.01.2024- cü il tarixində məktəbimizdə geniş tədbir təşkil olunmuşdur. Tədbirdə Ulu Öndər Heydər Əliyevə Bakı ətrafı kənd və qəsəbələrdə yaşayan şagirdlərin dərin hörmət və ehtiramı bir daha tədbir zamanı səslənən şeir parçalarında, mahnılarda öz əksini tapmışdır. Tədbirdə məktəbin direktoru Əliyeva Sədaqət , Təlim tərbiyə işləri üzrə direktor müavini  Muxtarova İradə, Məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Əliyev Cavanşir , Azərbaycan dili və ədəbiyyat müəllimi Əliyeva Mehri iştirak etmişlər.

Həmin tədbirdə Nəriman Nərimanov adına tam orta məktəbə  “ Təşəkkürnamə “ təqdim olunmuşdur.

   Fevral ayında layihə çərçivəsində məktəbin bir qrup şagirdi ilə layihə rəhbəri Namiq müəllim görüş keçirmişdir. Görüşdə məktəbin direktoru  Əliyeva Sədaqət , Pedaqoji heyətin üzvləri Əliyevə Mehri  , Əliyeva Günel və Alışova Nərmin iştirak etmişdirlər. Bu tədbirdə şagirdlərin Ulu Öndərə olan sevgiləri söylədikləri şeirlərlə bir daha üzə çıxmışdır.

   Bu silsilə tədbirlər barəsində məlumatlar məktəbimizin saytında və facebook səhifəsində dəfələrlə işıqlandırılmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi