21 fevral "Beynəlxalq Ana Dili"-nə həsr olunmuş tədbirdə şagirdlərimizin çıxışı.

21 fevral 1saylı Uşaq Gənclər Mərkəzində "Beynəlxalq Ana Dili"-nə həsr olunmuş "Hər bir dil, özündə bir tarix yaşadır" adlı tədbir keçirilmişdir. Tədbirdə məktəbimizin 8-ci və 9-cu sinif şagirdləri Səməd Vurğunun "Vaqif" dramından bir hissəni səhnələşdirmişlər. Şagirdlərimizin çıxışı maraqla qarşılanmışdır.