"Beynəlxalq Kitab Bağışlama Günü"

Bu gün dünyada "Beynəlxalq Kitab Bağışlama Günü" kimi qeyd olunur
Kitab yeni həyatdır, yeni yaşamdır, yeni sevincdir. Kitab oxu ki, daima ucalasan. Biz də bu şüarla şagirdlərdə kitab sevgisini aşılamaq üçün"Beynəlxalq Kitab Bağışlama Günü"nü qeyd etdik. Məktəbin 2d sinif şagirdləri bir-birinə kitab bağışlayaraq bu günü xüsusi qeyd ediblər. Əziz balalar, əliniz daima kitablı, ruhunuz daima kitabsevər olsun.